ABŞ prezidenti Barak Obama İraqa 1500 əsgərin göndərilməsini təsdiqləyib.
Teleqraf.com-un Türkiyə KİV-əistinadən xəbərinə görə, Ağ Evdən verilən açılamada İraqa göndəriləcək ABŞ əsgərlərinin savaşmayacağı, peşmərgə və digər kürd güclərinə təlim keçəcəyi bildirilir.
Ağ Evin büdcə komissiyası isə Senatdan quru əməliyyatları üçün 5.6 milyard dollar əməliyyat büdcəsi tələb edəcəyini açıqlayıb.
Bu büdcənin 1.6 milyard dolları İraq ordusunu təhsil və silahlandırmasına xərclənəcək.
ABŞ ordusu yaxın həftələrdə İraqda qurulacaq təlim düşərgələrinin yeri haqqında dəqiq qərar verəcək.
Nihad