22 Avqust 2021 15:29
2 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti sərhədçilərin Ukrayna-Rusiya sərhədinin möhkəmləndirilməsi işlərinə başladığını bildirib.

Teleqraf.com xəbər verir ki, sərhəd xidmətindən verilən açıqlamada Sumi bölgəsi istiqamətində Ukrayna-Rusiya sərhədini daha da möhkəmləndirmək üçün səngərlərin qazıldığı deyilib.

Açıqlamada təhlükəli istiqamətlərdə hərbi texnikalar əleyhinə maneələrin qurulduğu, səngərlərin qazıldığı vurğulanıb.

“Sərhədçilər Ukrayna-Rusiya sərhədinin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməyə başlayıblar. Beşinci sərhəd dəstəsi Sumi bölgəsindəki dövlət sərhədinin Ukrayna-Rusiya hissəsinin texniki sisteminin təkmilləşdirilməsi üzərində işlərini davam etdirir”, - açıqlamada qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər