8 Noyabr 2014 07:22
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama şənbə günü ABŞ-ın baş prokuroru postuna Loretta Linçin namizədliyini rəsmən irəli sürəcək. Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

Obama şəxsən Ağ Evdə müddəti başa çatmaqda olan baş prokuror Erik Xolderin yanında Linçin namizədliyinin irəli sürülməsini elan edəcək, prezidentin mətbuat katibi Coş Ernest bildirib.

Baş prokuror vəzifəsini ilk dəfə əlli beş yaşlı afroamerikalı Linç tuta bilər.

2010-ci ildən o, Nyu-Yorkun şərq dairəsi üzrə prokuror vəzifəsində xidmət edib və bu vəzifədə Bill Klintonun prezidentliyi dövründə də olub.

2009-ci ilin fevralından baş prokuror vəzifəsini tutan Erik Xolderin istefası barədə sentyabrın sonunda məlum olub.


Müəllif:

Oxşar xəbərlər