G7 "Talıban"a koalisiya ölkələri vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılması üçün Kabil hava limanına girişi-çıxışı təmin etməyə çağırış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbərliyi bildirib.
Qeyd olunub ki, G7 təxliyəni başa çatdırmaq üçün Kabil hava limanına girişi və çıxışı lazım olduğu müddətdə saxlamağı zəruri hesab edir.