26 Avqust 2021 10:40
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada sentyabrın 26-da keçiriləcək Bundestaq seçkiləri öncəsi təbliğatda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk təhqir edilib.

Teleqraf.com xəbər verir ki, Atütürkü Almaniyanın aşırı sağçı Alternativ Partiyasından namizəd olan Markel Qoldhammer təhqir edib.

Namizəd Atatürkün olduğu böyük fotolar çap etdirirək üzərinə “Atatürk də Almaniya Alternativ Partiyasına səs verir” sözləri yazılan afişalar hazırlayıb.

Onun bu təbliğat kampaniyası sosial şəbəkələrdə geniş yayılıb və türklər tərəfindən ciddi etirazla qarşılanıb.

Qoldhammer belə afişalar yaymaqla həm türklərdən səs almaq, həm də Atatürkün irqçi zehniyyətdə olduğu görüntüsünü yaratmağa çalışıb.

İrqçi partiyanın Atatürkü öz məqsədinə alət etməsi türklərin od püskürməsinə səbəb olub. Artıq Avropada yaşayan türklər də hadisəyə görə etirazlarını bildirməyə başlayıb. Türklər sosial şəbəkələrdə “Atatürk heç zaman iqrçi olmadı, vətənsevər oldu” yazmaqla etirazlarını ifadə edirlər.

Məsələyə münasibət bildirən Alternativ Partiyanın nümayəndəsi Ronald Glaeser isə deyib ki, yaxşı işləyib vergi verən türklər də hazırda alman irtica siyasətindən narazıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər