26 Avqust 2021 12:41
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılması işini ən qısa vaxtda tamamlamağı hədəfləyirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

Akar türk hərbçilərinin Əfqanıstanda onlara verilən tapşırığı uğurla yerinə yetirdiyini bildirib: “Çıxarılma fəaliyyətlərini ən qısa müddətdə tamamlamağı hədəfləyirik. Hava limanındakı fövqəladə sıxlıq və çətin şərtlərə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri qarşıya qoyulan planı fasiləsiz həyata keçirmək üçün hər cür səy göstərirlər.

Fəaliyyətlərimizə göstərdikləri dəstəyə görə dost və qardaş Pakistan və Tacikistanla yanaşı, bölgədə işlədiyimiz müttəfiqlərə təşəkkür edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər