Əfqanıstanla sərhəddə Pakistan təhlükəsizlik qüvvələrinə atəş açılıb.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində bir Pakistan əsgəri şəhid olub.
Pakistan Silahlı Qüvvələrinin verdiyi açıqlamada Aşağı Dir bölgəsində yerləşən posta sərhədin digər tərəfindən silahlı hücum edildiyi bildirilib.
Açıqlamada hücumda bir Pakistan əsgərinin həyatını itirdiyi, bir təcavüzkarın zərərsizləşdirildiyi, 3-nün yaralandığı deyilib.
Hadisəni törədənlərin hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.