27 Avqust 2021 13:21
6 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafan-Gorus yolunun azərbaycanlılar tərəfindən bağlanan hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar bərpa edilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Qafan bölgəsinin rəhbəri Gevorq Parsyan deyib.

Onun sözlərinə görə, danışıqların gün ərzində yenidən davam etdirilməsi planlaşdırılır.

Parsyan bildirib ki, Qafan-Gorus dövlətlərarası yolunun Gorusdan Vorotana gedən hissəsinin bağlanması səbəbindən Vorotan, Şurnux və Bartsravan kəndləri təcrid olunub:

“Kəndləri birləşdirən yollar var, amma çox pis vəziyyətdədirlər. Məsələ burasındadır ki, M2 yolu bağlıdır, bu, nəinki Sünik (Zəngəzur), həm də bütövlükdə Ermənistan üçün ciddi problemlər yaradır, çünki İranla əlaqə kəsilib”.

Qeyd edək ki, ötən gün erməni hərbçilərinin əsgərimizi yaralamasından sonra Azərbaycan Ordusunun Gorus-Qafan yolunu bağlaması haqda məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu