Suriya hökuməti və müxalifət arasında danışıqların bərpası zəruridir.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində ABŞ dövlət katibi Con Kerri ilə görüşündə səsləndirib. Onun sözlərinə görə, danışıqlar Suriyada vəziyyətin stabilləşdirilməsinə və terrorçu qruplarla mübarizəyə yardım edəcək.
Kerri də öz növbəsində Suriyadakı vəziyyətdən narahat olduqlarını bildirib. O qeyd edib ki, Suriyada sabitlik bərpa olunmayana qədər qaçqınların evlərinə qayıtması qeyri-mümkündür.
Samir