İtaliya vaksinasiyadan keçmiş və koronavirus testinin nəticəsi mənfi olan Birləşmiş Krallıq vətəndaşları üçün karantin məcburiyyətini ləğv edir.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.
O bildirib ki, İtaliya peyvənd prosesini tamamlayan və testin nəticəsi mənfi olan Britaniya səyahətçiləri üçün 5 günlük məcburi karantini avqustun 31-dən ləğv edəcək.
Qeyd edək ki, digər ölkələrdən gələn səyahətçilər üçün mövcud məhdudiyyətlər qüvvədə qalıb.