Taliban Kabildə beynəlxalq hava limanının 3 girişinə nəzarəti ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bunu Talibanın mədəniyyət komissiyasının üzvü Ənamullah Samanqani açıqlayıb.
Samanqani Talibanın bütün xarici qüvvələrin Əfqanıstandan çıxacağı 31 avqust tarixindən sonra hava limanını idarə etməyi səbirsizliklə gözlədiyini söyləyib.
O, Talibanın artıq beynəlxalq hava limanının 3 girişinə nəzarət etdiyi, qalanlarına da nəzarəti təmin edəcəyini bildirib.
Qeyd edək ki, hazırda hava limanının təhlükəsizliyini Türkiyə və NATO-nun digər üzv dövlətlərinin hərbi qüvvələri təmin edir.