Van-İran sərhədində qanunsuz keçidlərin qarşısını almaq üçün 43 kilometrlik modul beton divarın inşası tamamlanıb.
Teleqraf.com xəbər verir ki, Vanın Çaldıran səmtində döşənən beton blokların çəkisi 7 ton, hündürlüyü 3 metr, eni isə 2 metr 80 santimetrdir.
Beton bloklar tikinti texnikası ilə zəmini əvvəlcədən hazırlanmış sərhəd xəttinə qoyulub. Paralel olaraq xəndək qazma işləri də aparılıb. Təhlükəsizlik qüvvələri sərhəd xəttində qanunsuz keçidlərin baş verdiyi ərazilərdə davamlı olaraq keşik çəkirlər.