Somalinin ilk qadın xüsusi təyinatlı polis qüvvəsini daşıyan təyyarə paytaxt Moqadişoya eniş edib.
Teleqraf.com xəbər verir ki, Somali rəsmiləri və türk diplomatlar hava limanından Türkiyədən gələn xüsusi təyinatlı polis qüvvələrini qarşılayıb.
“Türk qardaşlarımız sayəsində dünyanın ən yaxşı təhsilini və təlimini aldınız, indi vətənimiz və xalqımıza şərəflə xidmət etmək zamanıdır” , - Somali polis nazirinin müavini Osman Abdullah Məhəmməd deyib.
Türk rəsmilər isə Somali hökumətinə və xalqına dəstəyin davam edəcəyini bildiriblər.
Qeyd edək ki, Türkiyədə təlim keçən polis xanımlar Somalidə yerli dildə “Çita” adlandırılan xüsusi təyinatlı polis dəstəsinə daxil ediləcək.
Bundan başqa təhsil və təlimləri Türkiyə tərəfindən aparılan 100-dən çox somalili də “Qartal” adlı xüsusi qüvvələrə daxil olunacaq.
Qeyd edək ki, Somali hökuməti Əl-Qaidənin qolu sayılan Eş-Şebaba qarşı savaşır. Eş-Şebab Somaldə sistemli olaraq təhlükəsizlik qüvvələrinə və mülki insanları hədəfə alan terror hücumları təşkil edir.