Ekvadorun dövlət başçısı Gullermo Lasso lazımsız xərcləri azaltmaq üçün prezident təyyarəsini satışa çıxarıb.
Teleqraf.com xəbər verir ki, prezidentin mətbuat xidməti məlumatı təsdiq edib.
Bildirilib ki, dövlət başçısı Lasso tərəfindən imzalanan qərarla prezident təyyarəsinin satışa çıxarılmasına icazə verilib və bununla bağlı Müdafiə Nazirliyi təlimatlandırılıb.
Lasso verdiyi açıqlamada “LEGACY EMB-135 BJ model prezident təyyarəsinin satışına başlanılır. Əsassız və gərəksiz xərcləri azaltmaq üçün tədbirlər üzərində çalışırıq” ifadəsini işlədib.
Qeyd edək ki, satışa çıxarılan təyyarə 2007-2017-ci illərdə Ekvadora prezidentlik edən Rafael Korrea dövründə Braziliyanın Embraer şirkətindən 28 milyon dollara alınıb. 14 sərnişin daşımaq gücündə olan təyyarənin 3 kabineti, mətbəxi və baqaj bölümü mövcuddur.