İranın İraqla sərhədində yerləşən Bane şəhərində hərbi qüvvələri (SEPAH) ilə silahlı qruplaşma arasında qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, silahı qarşıdurmada İran ordusunun leytenantı həyatını itirib.
Qarşıdurmanın dünən gecə saatlarında baş verdiyi bildirilib.
Qarşıdurma zamanı ağır yaralanan leytenantın daha sonra öldüyü deyilib.
Sözügedən silahlı qruplaşma haqqında heç bir məlumat verilməsə də, əvvəllər ölkənin qərb bölgəsində PKK terror təşkilatının İran qanadı PJAK, İran Kürdüstan Demokratik Partiyası və “Komele” kimi kürd separatçı qrupları arasında toqquşmalar baş verib.