Gürcüstanda ötən sutkada daha 2 210 nəfərdə koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata görə, ötən gün 5 587 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 564 837 nəfər yoluxub.
Onların 514 768-i sağalıb, 7 806-sı isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 42 237 nəfərdir.