Belarus Prezidenti Aleksandr Lukaşenkoya böhtan atmaqda günahlandırılan rusiyalı qadın Minskdə saxlanılıb. Hadisə ilə bağlı Rusiya Federasiyasına məlumat çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.
Hələlik baş verənlərin təfərrüatları açıqlanmayıb.
Qeyd edilir ki, bir gün əvvəl Belarus insan haqları təşkilatı “Vesna” prezidentə böhtan atmaq ittihamı ilə bir rus qadının Belarusdakı istintaq təcridxanasında saxlandığını bildirilmişdi.
İrina Vikholm ad-soyadlı qadın 1963-cü ildə anadan olub.