“Ukraynada rus dilinə qarşı ayrı-seçkilik fəlakət həddinə çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, rus dilinə qarşı ayrı-seçkiliyin əsas nümunələri Baltikyanı ölkələr və Ukraynadır:
“Bu ölkələrdə (Latviya, Litva və Estoniya) rus dilinə, rusdilli təhsilə qarşı açıq müharibə elan edilib və çoxsaylı beynəlxalq konvensiyaları pozurlar”.
Lavrov qeyd edib ki, belə durumlara qarşı mübarizə aparmaq üçün gücdən istifadə etmək qeyri-mümkündür, amma Moskva həmin ölkələri hesabat verməyə çağırır.
“Düşünürəm ki, Ukraynada rus dilinə qarşı ayrı-seçkilik fəlakət həddinə çatıb. Bu, Ukrayna dili haqqında müvafiq qanunda da öz əksini tapıb”, - nazir vurğulayıb.