Cənubi Kipr Təhsil Nazirliyi “Oxford Discover Futures 3 Workbook” adlı kitabı şagirdlərə paylamadan öncə Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə bağlı məlumatların qeyd olunduğu 36-cı səhifəni cırmaq üçün orta məktəb müəllimlərinə təlimat verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “təcili” vurğusu ilə elektron şəkildə müəllimlərə göndərilən təlimatda cırılması əmr edilən səhifədə “Türkiyənin ən böyük qəhrəmanı” başlığı ilə Mustafa Kamal Atatürk, sənət dünyasının qəhrəmanı olaraq da Frida Kahlodan bəhs olunur.
Müəllimlər sosial şəbəkələrdə cırılması əmr edilən səhifənin Atatürklə bağlı olduğunu bildiriblər. Bundan sonra Cənubi Kipr Orta Məktəb Müəllimlər Birliyinin rəhbəri Kostas Hacisavvas skandal təlimatla bağlı Təhsil Nazirindən izahat istəyib.