11 Sentyabr 2021 09:16
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam məhkəməsi ölkə vətəndaşı Le Van Trini COVID-19 məhdudiyyətlərini pozduğuna və 8 nəfəri koronavirusa yoluxdurduğuna görə 5 il həbs cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məhkəmə 28 yaşlı Le Van Trini təhlükəli yoluxucu xəstəliklərin ötürülməsində günahkar bilib. Onun yoluxdurduğu səkkiz nəfərdən biri ölüb.

Həbsdən əlavə, vyetnamlı 880 ABŞ dolları məbləğində cərimələnib.

İyulun əvvəlində Le Van Tri Xoşimin şəhərindən doğma Kamau əyalətinə səyahət edib. O, 21 günlük karantində olmalı idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər