Gürcüstanda son sutkada daha 1 838 nəfərdə koronavirus infeksiyası aşkar olunub, 39 pasiyent vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 580 869-a, ölənlərin sayı isə 8 185-ə yüksəlib.
Ötən 24 saat ərzində 5 289, ümumilikdə isə 541 610 nəfər müalicə olunaraq sağalıb.