11 Noyabr 2014 02:14
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Teleqraf. com-un “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeron bəyan edib.

“Rusiyanın hərəkətləri Avropa üçün ciddi təhlükə kəsb edir”, deyə Kemeron bildirib. Baş nazir əlavə edib ki, Ukraynada vəziyyət dəyişməsə, Böyük Britaniya Rusiyaya qarşı təzyiqləri artıracaq.

Bundan əvvəl Niderland hökuməti Rusiyaya qarşı sanksiyaların ləğvi üçün əsas olmadığını bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər