13 Sentyabr 2021 13:12
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü “qanuni oğru” Nodar Cinçvelaşvili Rusiyanın Voloqda şəhərinin təcridxanasında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Praym kraym” məlumat yayıb.

63 yaşlı Cinçvelaşvili kriminal aləmdə Şoşiya ləqəbi ilə tanınırdı.

Məlumata görə, o, “Kutaisi” klanının üzvü olub. Cinçvelaşvili qəsb, soyğunçuluq, silah saxlama da daxil olmaqla müxtəlif cinayətlərdə yeddi dəfə, narkotiklərlə bağlı cinayətlərdə isə dörd dəfə məhkum edilib. Sonuncu dəfə 2019-cu ildə həbs olunub.

“Qanuni oğru”nun ölümünün səbəbləri açıqlanmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər