COVID-19-un yayıldığı ilk ölkə olan Çində uzun müddətdən sonra yenidən yoluxma sayı artıb.
Teleqraf.com xəbər verir ki, ölkənin bütün şəhərlərində virusa qarşı mübarizə tədbirləri gücləndirilib.
Puiten şəhrində virusun inkubasiya müddəti uzadılıb. Virusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşlar üzərində nuklein turşusu testinin aparılmasına qərar verilib.
Şəhərə giriş-çıxışa 24 saatlıq məhdudiyyət qoyulub. Qaydalara riayət etməyənlər inzibati məsuliyyətə cəlb olunurlar.
Məlumata görə, ötən həftədən bəri virusa yoluxanların sayı 85 nəfərə çatıb. Virus daşıyıcılarından götürülən DNT analizlərinin əksəriyyətində Delta ştammı aşkarlanıb.