İngiltərədə 34 yaşlı oğlan 22 yaşlı sevgilisinin üzünü yeyərkən tutulub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, polislər tərəfindən elektroşokla zərərsizləşdirilən şübhəli bir qədər sonra həyatını itirib.
Hadisə İngiltərənin Cənubi Uels bölgəsində baş verib. 34 yaşlı Metyu Villiansın 22 yaşlı qurbanının gözlərini canlı canlı yeddi deyilir.
Şahidlər oğlanın kokainin təsiri altında olan zaman cinayəti törətdiyini iddia edirlər.
Şahid Cill Edvards “ Otaqdan çıxmadıqları üçün qapını döydüm. Açmadığı üçün polis çağırdım. Onlar içəri girən zaman oğlanın qızın sifətini yediyini gördülər” söyləyib.
Otaqda qorxunc mənzərə ilə qarşılaşan polis elektroşokla oğlanı zərərsizləşdirib. Ancaq bir qədər sonra şübhəli ölüb.
Qeyd edək ki, Villiams iki həftə həbsdən çıxıb.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Rüstəm