Yaponiya 100 min əsgər, 20 min zirehli texnika və 120 qırıcı ilə hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər veir ki, bu, Yaponiyada son 30 ilin ən böyük masştablı hərbi təlimləri sayılır.
Yaponiya Quru Müdafiə Qüvvələri tərəfindən verilən açıqlamada təlimlərin noyabr ayına qədər davam edəcəyini bildirilib.
Açıqlamada Quru Müdafiə Qüvvələrinin hərbi təlimlərinin əməliyyat hazırlığı mərhələsinə diqqət yetirmək, əməliyyat effektivliyini və yayındırma qabiliyyətinin artırmaq məqsədilə keçirildiyi xatırladılır.
Məlumat üçün bildirək ki, bu təlimlər ABŞ və müttəfiqlərinin Çinin regionda artan hərbi və iqtisadi təsirinə qarşı çıxdığı zamanda baş verir.
Təlimlərdə Yapon Dəniz Donanması, Hava Özünümüdafiə Qüvvələrinin şəxsi heyəti, eləcə də ABŞ Ordusunun desant gəmisi iştirak edəcək.