Gecə saatlarında İrəvanın əsas kommersiya banklarından birində soyğunçuluq baş verib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Baqramyan küçəsindən İrəvan polisinə həyacan siqnalı daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları bankda bir nəfərin olduğunu və pəncərələrin sındırıldığını müəyyən ediblər.
Bankı soyan şəxsi zərərsizləşdirmək mümkün olub. Daha sonra onu təcilibi tibbi yardım avtomobilinə qoyaraq “Ermənistan Tibb Mərkəzi”nə aparıblar.
Faktla bağlı cinayət işi açılıb. Erməni mediası müəyyən edib ki, kommersiya bankını soymaq istəyən şəxs iki gün əvvəl İrəvana gələn Rusiya vətəndaşı Stanislavdır.