21 Sentyabr 2021 10:30
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yelisey Sarayından bir mənbə Vaşinqtonun Fransaya yeni təhlükəsizlik ittifaqı yaratmaq səylərindən heç vaxt söz açmadığı və rəsmi Parisin hərbi anlaşma ilə bağlı ciddi şübhələri olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Yelisey Prezident Sarayından bir mənbə AUKUS müqaviləsi barədə “Röyter”ə açıqlama verib.

İyun ayında Fransanın Avstraliya ilə imzaladığı 40 milyard avroluq hərbi müqaviləsi ilə bağlı ciddi şübhələnməyə başladığını bildirən mənbə Prezident Emmanuel Makronun Parisdə Avstraliya Baş naziri Skott Morrisonla görüşü zamanı müqaviləyə xitam veriləcəyinə dair heç bir müzakirənin aparmadığını deyib.

Mənbə ABŞ-ın müqavilə ilə bağlı heç bir suala cavab vermədiyini də bildirib.

Sentyabrın 16-da Avstraliya, ABŞ və İngiltərə arasında AUKUS müqaviləsi imzalanıb. Bu, yeni ittifaqda yer verilməyən Fransa tərəfindən etirazla qarşılanıb. Bundan sonra Avstraliya Fransa ilə imzaladığı 90 milyard dollarlıq hərbi müqaviləni ləğv edib.

Fransa baş verənləri “xəyanət” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər