Pakistan Baş naziri İmran Xan Talibanın Əfqanıstanda əhatəli hökumət quracağı, insan haqlarına hörmət edəcəyi və bu ölkənin ərazisini terror mərkəzi olaraq istifadə etməyəcəyi təqdirdə onu tanıyacaqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, Xan tanınma qərarının İran, Özbəkistan və Tacikistan kimi digər dövlətlərlə birlikdə veriləcəyini bildirib.
Talibanın qız uşaqlarının təhsil almasını yasaqlamasına toxunan Pakistan baş naziri qeyd edib ki, bu, islami qaydaya uyğun deyil.
Əfqanıstanda orta məktəblər keçən həftə açılıb, ancaq taliblərin əmri ilə siniflərə yalnız oğlan şagird və kişi müəllimlər qayıda biliblər.