Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ölkəsinin İranla münasibətlərdə etimad qurmaq üçün ilk danışıqların ciddi nəticələr verəcəyinə ümid etdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Kral Salman BMT Baş Assambleyasının sammitinə onlayn formatda qatılıb.
İranın qonşu ölkə olduğunu və onunla ilk danışıqların etimadı artıracaq konkret nəticələrə gətirib çıxaracağına ümid etdiyini deyən kral bu danışıqların suverenliyə hörmət əsasında əməkdaşlıq əlaqələrinin qurulmasına yol açacağına da inandığını dilə gətirib.
O, İrandan ölkəsinin daxili işlərinə qarışmayacağını, terror təşkilatları və silahlı qruplaşmalara dəstəyi dayandıracağını gözlədiyini də bildirib.