Yaponiya hakimiyyəti koronavirus səbəbindən tətbiq edilən fövqəladə rejimi ləğv edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Yoşihide Suqa deyib.
Fövqəladə rejim ən çox əhalisi olan Tokio və Osaka da daxil olmaqla, ölkənin 19 prefekturasında qüvvədədir.
Baş nazir koronavirusa yoluxmanın azaldığını qeyd edib: "Fövqəladə vəziyyətin ləğvi ilə bağlı qərar bir neçə gün ərzində verilə bilər".