27 Sentyabr 2021 13:10
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Kanar arxipelaqında yerləşən La Palma adasında Kumbre Vexa vulkanının püskürməsi səbəbindən əmələ gələn lava sentyabrın 19-dan bəri 462 evi yandırıb.

Teleqraf.com xəbər verir ki, lava axını bir həftə ərzində 16.4 kilometr yol qət edərək 212 hektar ərazidə 462 evlə yanaşı, heyvandarlıq və kənd təsərrüfatı üçün istifadə olunan 40-dan çox anbar və tövləni yandırıb.

İki gün əvvəl vulkanın kraterində yaranmış fasilədən sonra daha sürətli axan lava yamacda yerləşən Todok kilsəsinin yanmasına səbəb olub.

Adanın cənubda 2.5 km məsafə qət edən lavanın saatda 30 metr sürətlə irəlilədiyi bildirilib.

La Palmadakı evlərindən təxliyə edilən təxminən 6000 insan otellərdə, idman salonlarında, qarajlarda və digər ada sakinlərinin evlərində qalır.

Adanın 3 rayonunda təhsil və digər müəssisələrin fəaliyyəti dayandırılıb.

Lava və kül 1200 hektar əraziyə təsir edib.

50 il ərzində La Palmada bir vulkanın ilk dəfə fəallaşdığını bildirən mütəxəssislər Kumbre Vexanın püskürmələrinin daha bir neçə ay davam edəcəyini proqnozlaşdırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər