ABŞ-ın Virciniya əyalətinin qərbində təyyarə yerə çırpılıb.
Teleqraf.com xəbər verir ki, təyyarədə olan üç nəfərin hamısı qəzada ölüb.
Federal Hava Xidməti Departamentinin açıqlamasında qeyd edilib ki, "Beechkraft C23" bir motorlu təyyarə havaya qalxdıqdan bir müddət sonra düşüb.
Çarlestonun 80 kilometrliyində tapılan təyyarənin qalıqları göstərdi ki, hadisədən sağ çıxan olmayıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.