29 Sentyabr 2021 13:42
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda saxta aksiz markaları satan Ermənistan vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti xəbər yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tiflisdə alkoqollu içkilərə aid 3 051 saxta aksiz markasını 2700 dollara satıb. Məhz bu zaman həbs edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin “Saxta aksiz markalarının istehsalı, satışı və ya istifadəsi” maddəsi ilə aparılır. Adı açıqlanmayan Ermənistan vətəndaşını 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.


Müəllif: Nemət

Oxşar xəbərlər