30 Sentyabr 2021 12:50
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsindəki separatçıların başçısı Aslan Bjaniyaya “Qələbə və müstəqillik günü” münasibətilə təbrik teleqramı göndərib.

Teleqraf.com xəbər verir ki. Putin təbriklərində iki ölkə arasındakı əlaqələrin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb.

“Rusiya təxirəsalınmaz iqtisadi və sosial problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində abxaz dostlarına hərtərəfli yardım göstərməyə davam edəcək”, - Putin qeyd edib.

Rusiya işğal edilmiş Abxaziyanın “müstəqilliyini” 2008-ci ildə tanıyıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər