30 Sentyabr 2021 13:56
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da Almaniyada keçirilən seçkilərin sonunda Sosial Demokrat Partiyası (SPD) birinci olub.

Teleqraf.com xəbər verir ki, SPD-nin yeni hökumət qurma işinə başladığı vaxt türk əsilli bir qadının ilk dəfə Bundestaqın sədri ola biləcəyi barədə müzakirələr başlayıb.

“Der Tagesspiegel” qəzetinin xəbərinə görə, türk əsilli SPD millət vəkili Aydan Özoğuzun adı Bundestaq spikerliyi üçün hallanır.

Özoğuz SPD dairələrində 2017-ci ilin oktyabr ayından bəri Bundestaqın spikeri olan Volfqanq Şoblı əvəz etmək üçün mükəmməl keyfiyyətlərə malik siyasətçi kimi xarakterizə olunur. Uzun müddət partiyada sədr müavini və fraksiya rəhbəri olaraq işləyən Özoğuz bir müddət Almaniyanın immiqrasiya, qaçqınlar və nnteqrasiya naziri postunu tutub.

54 yaşında olan Özoğuz 2009 -cu ildən parlamentin üzvüdür və Müsəlman Sosial Demokratlar İşçi Qrupunun qurucularından biridir.

Qeyd edək ki, bu seçkilərdə türk əsilli 18 namizəd Bundestaqa seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər