Fələstin prezidenti Mahmud Abbas İslam Müqavimət Hərəkatını (Həmas) milli barışığı pozmaqda ittiham edib.
Mahmud Abbas Qəzzada Yasir Ərəfatın ölümünün ildönümü ilə bağlı tədbirin keçirilməsini yasaqlayan, Fələstin Azadlıq Hərəkatı (Fəth) liderlərinin evlərinə hücumlar edən Hamasın niyyətini anlamadığını deyib: "Həmas Qəzzada nəzarətdən çıxan qrupun olduğunu söyləyir və Ərafatın ölümünün ildönümünü yasaqlayır. Qadağalara baxmayaraq fələstinlilər Ərafatı anırlar. Anlaşma və ya milli birlik istəyən bütün bunları edərmi? Biz Qəzzanı blokadadan xilas etmək üçün Həmasla birlikdə milli hökumət qurmuşduq. Həmas üç israilli gənci qaçırıb öldürməklə planımızı alt-üst etdi.
Fələstin və Qüdsün bir qarış torpağını belə güzəştə getməyəcəyik. 1967-ci il sərhədləri əsasında Şərqi Qüds paytaxt olmaqla Fələstin dövlətini quracağıq".
Ayxan