5 Oktyabr 2021 12:10
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbilər İrəvanda olan mənzillərini satırlar.

Teleqraf.com xəbər verir ki, bu, Ermənistan Daşınmaz Əmlak Kadastrı Dövlət Komitəsi cari ilin avqust ayı üçün daşınmaz əmlak bazarı ilə bağlı növbəti hesabatında ortaya çıxıb.

Hesabatda ehtimal olunur ki, İrəvanda mənzillərin qiymətinin bahalaşmasının səbəblərindən biri kimi xarici alıcıların olması göstərilir.

Halbuki, sonradan açılan statistik məlumatlar bu səbəbi qətiyyətlə inkar edir.

Açıqlanan hesabatda bildirilir ki, başqa ölkələrin vətəndaşları mənzil almaqdan daha çox satmağa üstünlük verirlər. Məsələn, avqust ayında əcnəbilər 69 mənzil alıb, 130 mənzil satıb.

2020-ci ildə isə xaricilər Ermənistanda 539 mənzil alıb, 918 mənzil satıblar. Mənzil satan əcnəbilərin bəzilərinin başqa ölkələrin vətəndaşlığını almış sakinlər olduğu güman edilir.

Ümumən Ermənistanda mənzillərin alqı-satqısında əcnəbilərin payı təxminən 5%-dir.


Müəllif: Nemət