12 Noyabr 2014 13:25
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailli etirazçılar Qərbi İordan yaxınlığındakı Ramallah şəhərində məscidə od vurub.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə fələstinli rəsmilər məlumat verib. Onların sözlərinə görə, etirazçılar Əl-Mugayir kəndi yaxınlığındakı məscidin giriş qapısını tamamilə yandırıblar.

Məsələ ilə bağlı İsrail rəsmiləri açıqlama verməyib.

Qeyd edək ki, 2012-ci ildə yəhudilər eyni bölgədə bənzər hadisə törədib.

Samir


Müəllif: