12 Noyabr 2014 21:35
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in dövriyyəyə buraxmaq istədiyi pullar qızıl və gümüş sikkə şəklində olacaq.

Axar.az İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, İŞİD nəzarətində olduğu bölgələrdə öz pul vahidindən istifadə etmək üçün hərəkətə keçib. Terror təşkilatı tərəfindən dövriyyəyə buraxılacaq pulların qızıl və gümüş sikkə şəklində olacağı bildirilib.

Bundan əlavə yeni pulların 2-3 həftə ərzində istifadəyə veriləcəyi də vurğulanıb.

İŞİD hazırlayacağı pulların 630-cu illərdə Osmanın xəlifələyi dövründə hazırlanan sikkələrlə eyni görkəmdə olacağını açıqlayıb.

Qeyd edək ki, Həmin dövrdə sikkənin bir üzündə islami yazılar, bir tərəfində isə dövrün hökmdarının adı yazılırdı.


Müəllif:

Oxşar xəbərlər