26 Oktyabr 2021 10:43
2 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisi Avropa Birliyi (AB) ölkələrinə müstəqil hərəkət etmək və ABŞ-ın təzyiqlərinin təsirinə məruz qalmamaqla bağlı çağırış edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran prezidenti Belçika, Finlandiya və İsveçrənin Tehran səfirlərini qəbul edərkən bəyan edib.

Rəisi görüş zamanı İranın öhdəliklərə sadiq olduğunu, amma AB ölkələrinin nüvə razılaşması vədlərinə əməl etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, AB ölkələri ABŞ-ın təzyiqlərinin təsiri altında qalmamalıdır: “Ümid edirəm ki, AB və Avropa ölkələri strateji suverenlik mövzusunda irəliləyişə nail olacaq və ABŞ-ın siyasətindən uzaq duracaqlar”, - Rəisi bildirib.


Müəllif: Nemət