Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD-lə kürd peşmərgələri arasında ağır döyüşlər yenidən başlayıb.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, müvəqqəti sakitlikdən sonra şəhəri sıx tüstü bürüyüb, intensiv atəş səsləri qonşu Türkiyədə eşidilir.
ABŞ-ın Mərkəzi Komandanlığı koalisiya qüvvələrinin İŞİD-ə qarşı 10 hava zərbəsi endirildiyini bildirib. Nəticədə islamçıların 8 mövqeyi dağıdılıb, texniki avadanlıq obyektlərinə ziyan dəyib.
Bazar ertəsindən bəri ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri əksəriyyəti Kobani ərazisi olmaqla, 16 hava hücumu həyata keçirib.