5 Noyabr 2021 20:28
2 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiriakos Miçotakis ölkəsi ilə Türkiyə arasındakı münasibətlərlə bağlı yeni açıqlama verib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı Türkiyə və Yunanıstan arasındakı problemləri həll etmək üçün üçüncü ölkəyə ehtiyacın olmadığını deyib.

“Üçüncü ölkəyə ehtiyac yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə həll edə bilərik”, - Miçotakis qeyd edib.

Baş nazir əminliyini bildirib ki, Türkiyə ilə barışığa iki ölkə arasında ən yüksək səviyyədə səmimi dialoq vasitəsilə nail olmaq mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər