98 yaşlı Devid Sonder bu yaxınlarda COVID-19 səbəbiylə vəfat edib. Bura qədər hər şey normal olsa da, yaşlı adamın ölümündən sonra baş verən inanılmaz hadisə ABŞ mətbuatında səs-küy yaradıb.
Teleqraf.com xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, cəsədin canlı yarılma prosesinin biletləri 500 dollara satılıb.
Devid Sonderin ailəsi və həyat yoldaşı oktyabrın 17-də baş verən yarılmadan yalnız hadisə televiziyada yayımlandıqda xəbərdar olduqlarını bildiriblər.
Bu qorxunc şouda iştirak etmək istəyənlər üçün biletin qiyməti 500 dollar olub.
Luizianadakı cənazə evinin rəhbəri Mayk Klark mərhumun layiq olduğu şəkildə - ləyaqətlə dəfn edilməsinin qarşısın alınmasının ailəsi üçün çox kədərli olduğunu deyib.
Ailə Sondersin cəsədinin burada özəl tibbi araşdırmalar üçün istifadə ediləcəyini düşündüyünü bildirib.
Mayk Klark ailənin tibbi təhsil alan tələbələrinin təhsilinə töhfə vermək üçün atdığı bu addımın qorxunc sonluqla nəticələnməsindən dəhşətə gəldiyini söyləyib.