11 Noyabr 2021 10:30
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin populyar London School of Economics universitetində tədbirə qatılan İsrailin səfiri Tzipi Hotoveli binadan çıxarkən qəzəbli kütlə ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, Fələstin tərəfdarı olan gənclər tədbirin keçirildiyi zala da daxil olmağa cəhd edib.

Məlumata görə, səfir tədbirdə çıxş edərək İsrailin maraqlarını müdafiə edib, xüsusilə İsrail təhlükəsizlik orqanlarının mülki insanları hədəfə almadığını qeyd edərək bildirib ki, beynəlxalq hüquq terror təşkilatının hədəflərini vurmaq imkanı yaradır.

Əvvəlki fotoda səfir xanımın binanın daxilində sual-cavab formasında sakit şəkildə danışdığı görünür. Səfir daha sonra konfransda əyləşib və bu zaman gənclər də zalda əyləşərək onu dinləyib.

Daha sonra səfir Hotoveli binadan çıxarkən gərgin anlar yaşanıb. Ciddi etirazla üzləşən səfiri mühafizəçiləri dərhal avtomobilə oturdaraq etirazçı kütlənin ortasından qaçıraraq təhlükəsiz ünvana çatdırıblar. Mühafizəçilər diplomatın avtomobilini əhatəyə alıb onunla yanaşı hərəkət ediblər.


Müəllif: Nemət