11 Noyabr 2021 12:23
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya Baş naziri Edi Rama Yunanıstanın “Nea” qəzetinin “Türkiyənin Balkandakı rolunun narahatlıq doğurması” ilə bağlı sualına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, baş nazir yunan jurnalistin Türkiyəni sözügedən bölgədə sabitliyi pozması iddiası ilə razılaşmayıb.

Edi Rama jurnalistin təxribatçı sualına belə cavab verib:

“Türkiyənin Albaniya, Yunanıstan və İtaliyanın strateji tərəfdaşı olduğunu bilirəm. Türkiyə Albaniyanın yaxın dostudur və biz tərəfdaşlığımızı gücləndirmək istəyirik. Türkiyə Qərbi Balkanın Avropaya yolunu bağlamağa çalışması iddiası ilə razılaşmıram”.


Müəllif: Mənsur Rəğbətoğlu