15 Noyabr 2014 07:38
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris məhkəməsi İŞİD-ə qatıldığı üçün 28 yaşlı Flavyen Moreanu 7 il həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, Flavyen 2012-ci ildə Suriyaya döyüşməyə gedərək İŞİD-ə qoşulub. Ancaq siqaret qadağasına dözə bilməyib və 10 gün sonra Fransaya elektron siqaret almaq üçün qayıdıb.

Elektron siqaret alıb Suriyaya geri dönmək istəyən Flavyen Türkiyədə həbs edilib və Fransaya geri göndərilib.

O, xaricə döyüşməyə getdiyi üçün həbsə məhkum edilən ilk Fransa vətəndaşı olub.


Müəllif:

Oxşar xəbərlər