15 Noyabr 2014 09:07
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayanın şərq vilayəti Donetsk və Luqanskda vəziyyət gərgin olaraq qalır.

ANS PRESS-in məlumatına görə, ötən gün Luqanskda hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında döyüşlər gedib. Trohizbenka kəndi yaxınlığında baş verən qarşıdurmalar zamanı dinc sakinlərdən birinin evinə raket mərmisi düşüb. Nəticədə 1-i körpə olmaqla, azı 3 nəfər ölüb, ölən körpənin anası ağır yaralanıb. Sakinlər gün ərzində üsyançıların atəşkəsi azı 50 dəfə pozduqlarını bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərq vilayətində cərəyan edən hadisələri şərhində ölkə əhalisinin təlaşa qapılmamağa çağırıb. Poroşenko hökumət nümayəndələri ilə iclasında qeyd edib ki, Ukrayna ordusu istənilən hücumlara cavab vermək iqtidarındadır.

Ölkədə yeni hökumətin tərkibini formalaşdırmağa çalışan baş nazir Arseniy Yatsenyuk hələlik daxil işlər və müdafiə nazirlərinin vəzifədə qalmasını təklif edib. Yatsenyuk hər iki nazirə vacib tapşırıq veriblər.

“Qarşıda duran ən vacib tapşırıqlardan biri milli təhlükəsizlik və müdafiədir. Biz Rusiyanın torpaqlarımıza etdiyi təcavüzünə qarşı çıxa biləcək ordu qurmalıyıq. Ordu öz vətəndaşlarını qorumağa qadir olmalıdır. Ən vacib tapşırıq budur” - deyə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.

Yatsenyukun təklif edəcəyi yeni nazir namizədlər, eyni zamanda, digər partiya mənsubları tərəfindən də müzakirəyə çıxarılacaq.


Müəllif:

Oxşar xəbərlər