17 Noyabr 2021 22:13
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentlərinin sağlamlıq müşaviri Antoni Fauci COVID-19 pandemiyasının bitəcəyi tarixi açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, peyvəndlərin dozalarının artırılması şərti ilə pandemiyanın 2022-c ilin yazında bitəcəyini və xəstəliyin təsirinin azalacağını bildirib.

Fauci peyvənd göstəriciləri artarsa, pandemiya anlayışının lokal infeksiya ilə əvəzlənə bilənəcəyinə işarə edib: “Hazırda ABŞ-da əhalinin 70 faizindən çoxu iki doza peyvənd olunub. Əgər daha çox insan peyvənd olunarsa və doza sayı artarsa, gələn ilin birinci yarısında xəstəlik nəzarət altına alına bilər.

Əlavə dozalar xəstəliyin təsirini azaldır. Xəstəlik tamamilə yox olmayacaq. Hesab edirəm ki, belə olduqda COVID-19 da artıq qrip və ya qızılca virusu kimi olacaq”.

Antoni Fauci dünya ölkələrini üçüncü doza vaksinasiyaya səsləyib: “İnsanlar yenə də xəstələnəcək, yenidən xəstəxanaya yerləşdiriləcəklər. Amma bu o qədər az olacaq ki, gördüyümüz işə və gündəlik işimizə təsir etməyəcək. Bunun üçün hər kəs peyvənd olunmalıdır. Düşünürəm ki, bunu etsək, yazda epidemiyaya nəzarət edə bilərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər