19 Noyabr 2021 12:19
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın Türkiyənin Sofiyadakı səfiri Aylin Sekizkökü Xarici İşlər Nazirliyinə dəvət etməsindən sonra Ankara hərəkətə keçib.

Teleqraf.com xatırladır ki, noyabrın 14-də Bolqarıstanda keçirilən prezident və parlament seçkilərinə Türkiyənin müdaxilə etməsi və Bolqarıstanın daxili işlərinə qarışması iddiası ilə türk səfiri Aylin Sekizkökü Xarici İşlər Nazirliyinə çağırmışdı.

Buna qarşılıq olaraq Türkiyə Xarici İşlər nazirinin müavini Fərrux Qaymaqçı Bolqarıstanın Ankaradakı səfiri Angel Cholakovu Türkiyə XİN-ə dəvət edib.

Sofiya səfirinə bildirilib ki, bu cür əsassız ittihamların Bolqarıstan rəsmiləri tərəfindən gündəmə gətirilməsi nazirliyə qəribə gəlir və əsassızdır.


Müəllif: Nemət

Oxşar xəbərlər